NAXÇIVAN :

02 May 2026, Şənbə

ABŞ-da bayraqlar yarıya qədər endirilib

...

ABŞ Prezidenti Donald Tramp amerikalı konqresmen Duq LaMalfanın ölümü ilə əlaqədar ölkədəki bayraqların yarıya qədər endirilməsini əmr edib. “Şərq qapısı” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının təmsilçisi Duq LaMalfa 65 yaşında vəfat edib. O, Şimali Kaliforniyada yerləşən birinci seçki dairəsini təmsil edib və Konqresin Qərb Fraksiyasının sədri olub.

Nəşr edilib : 07.01.2026 22:42