Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müstəmləkə ərazilərindən olan nümayəndə heyətləri iştirak edə bilər.
Bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
"Biz artıq bu məsələ ilə bağlı danışıqlar aparırıq. Fransa müstəmləkə ərazilərinə ciddi ekoloji ziyan vurub", - o bildirib.
A.Abbasovun sözlərinə görə, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunun müstəqilliyi uğrunda siyasi partiya və hərəkatlar ilə Azərbaycanın əməkdaşlığı həm də ekologiya və təhsil sahələrində də davam edəcək.
Digər xəbərlər