Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 17 sentyabr 2024-cü il tarixdə şəhər və rayon MKS-larının Uşaq şöbələrinin əməkdaşları ilə birlikdə mühazirə keçirmişdir.
Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd etdi ki, bu gün kitabxana insanların informasiya tələbatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsillərdən nəsillərə çatdıran bir elm müəssisəsidir.
Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin baş kitabxanaçısı Xədicə Hüseynova “Kitabxana fondlarının komplektləşdirilməsi və çap əsərlərinin inventarizasiyası, Kitabxana fondunun təşkili və uçotu, Kitabxana fondunun düzülüşü və mühafizəsi” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxana fondları təkcə mədəni irsimizin bir parçası kimi deyil, həm də cəmiyyətin mühüm informasiya mənbəyidir. Kitabxana fondunun öyrənilməsi çox mühüm, lakin mürəkkəb vəzifələrdən biridir. Kitabxana fondlarında kitabların təbii köhnəlməsinin qarşısını almaq üçün ən qiymətli nəşrlərin saxlanmasına, daim mühafizə edilməsinə diqqəti artırmaq lazımdır. Bu məqsədlə fondun saxlanması və mühafizə edilməsi qaydalarına xüsusən nəzarət edilməlidir. Fondun mühafizəsinə müxtəlif amillər təsir göstərir. Kitabxana fondunun uzunmüddətli mühafizəsində kitab və digər sənədlərin hazırlanmasında istifadə edilən materialların texniki möhkəmliyi, bioloji davamlılığı nəzərə alınır.
Sonra Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova “Uşaq kitabxanalarında xidmət işinin təşkili”, “Mütaliə işinin təşkili”, “Kiçik yaşlı uşaqların mütaliəsinə rəhbərlik”, “Kitabxanalara oxucu cəlbinin artırılması və uşaqların mütaliəsinin gücləndirilməsi üçün tədbirlər” mövzusunda çıxış edərək bildirmişdir ki, böyüməkdə olan nəslin düzgün təlim-tərbiyəsində kitab böyük rol oynayır. Məhz, bu mənada, uşaqların mütaliəsi son dərəcə mühüm məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və videoslayta baxış keçirilmişdir.
Digər xəbərlər