NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

7,7 km-lik yolun asfaltlanmasına başlanılıb

...

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ümumi uzunluğu 7,7 km olan Naxçıvan şəhəri, Xətai məhəlləsinin avtomobil yollarının asfaltlanmasına başlanılıb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, hazırda yolun 1 km-lik hissəsinə birinci qat asfalt örtüyü verilib və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, təmirə ehtiyacı olan küçə və məhəllələr “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə bərpa olunur.

Nəşr edilib : 05.06.2026 17:59