NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə  valideyinləri müəllim olan  şəhid Yaqub Nəcəfovun ailəsi  ziyarət olunub

...

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov   5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə hər iki  valideyini  müəllim olan  vətən müharibəsi şəhidi  Yaqub Nəcəfovun ailəsini ziyarət edib. 
 
Ziyarət zamanı şəhid Nəcəfov  Yaqub Məhəmməd  oğlunun müqəddəs amal uğrunda canıdan keçdiyi və daim onun  hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib.

Qeyd edək ki, şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov Culfa Rayon Uşaq Gənclər Şahmat məktəbində, anası Xuraman Zeynallı isə Culfa Şəhər 3 nömrəli tam orta məktəbdə müəllim işləyir.

 Məlumat üçün bildirək ki, şəhid  Yaqub Nəcəfov ikinci Qarabağ müharibəsində Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə  şəhid olub.

Nəşr edilib : 05.10.2024 18:51