Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qa...
19:59 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və “StrategEast” şirkətinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində tələbələrin proqramlaşdırma və mobil tətbiqlərin hazırlanması sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” (“Apple Authorized Training Center for Education”) fəaliyyətə başlayıb.
Mərkəzdən bildirilib ki, 4SİM və “StrategEast” şirkətinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.
“Apple” şirkətinin beynəlxalq təşəbbüsü çərçivəsində yaradılan mərkəzin məqsədi tələbələrin “Swift” proqramlaşdırma dili vasitəsilə mobil tətbiqlərin hazırlanması üzrə nəzəri bilik və praktiki bacarıqlarını artırmaq, onların müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis kimi yetişməsinə dəstək göstərməkdir.
Layihə çərçivəsində BMU-nun 6 müəllimi təlimlərə cəlb olunub, onlardan ikisi “Apple” şirkətinin beynəlxalq təlimçi sertifikatınıəldə edib. Universitet tərəfindən mərkəz üçün xüsusi tədrisotağı ayrılıb və 20 ədəd “Apple” kompüteri ilə təchiz edilib. Proqramın ilk mərhələsinə 150-dən çox tələbə müraciət edib, onların arasından seçilən 15 tələbə ilk təlim qrupuna qəbulolunub. Artıq həmin tələbələr üçün ödənişsiz təlimlərəbaşlanılıb. Dərslər “Apple” şirkətinin tədris proqramı əsasındakeçirilir. Hər semestr ən azı 15 tələbənin təlimlərə cəlb edilməsinəzərdə tutulur.
Açılış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, mərkəzin yaradılması universitetdə müasir texnologiyalar üzrə tədris imkanlarının genişləndirilməsi, tələbələrin praktiki biliklərinin artırılması və təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün ixtisaslı insan kapitalının formalaşdırılması əsas prioritetlərdəndir və bu cür təşəbbüslər gənclərin qabaqcıl texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafına, eləcə də ölkənin texnoloji transformasiyasına töhfə verir.
4SİM-in icraçı direktoru Fariz Cəfərov vurğulayıb ki, layihə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın hədəflərinə uyğun olaraq beynəlxalq texnologiya şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəyə gətirilməsinə, əmək bazarının tələblərinə cavab verən rəqəmsal bacarıqların inkişafına və universitetlərlə texnologiya sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi”nin fəaliyyətinin növbəti mərhələsində daha çox müəllimin beynəlxalq sertifikatlaşdırılması, tədris proqramının universitetin təhsil proqramına inteqrasiyası və əldə olunan təcrübənin digər ali təhsil müəssisələrində tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur.
Digər xəbərlər