Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin ilk g...
14:40 01.01.2025
0
0
0
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2024-cü ilin təhsil yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2024-cü ildə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, əldə olunan nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Eyni zamanda fərqlənmə attestatı ilə məktəbi bitirən məzunlarımızın sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 327 məzun 500-700 intervalında bal toplayıb ki, buda ötən tədris ili ilə müqayisədə 67 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, 2024-cü ildə Nazirliyə 7 minə yaxın müraciət daxil olub, 6 minə yaxın vətəndaş Nazirliyə tabe qurumlarda işlə təmin olunub.
Təhsil naziri ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul müsabiqəsi, təhsilverənlərin sertifikatlaşdırma prosesindən, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində aparalan tədbirlərdən də danışıb, yeni ildə əməkdaşlara uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi Aparatının, həmçinin Təhsil Şöbələrinin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Digər xəbərlər