Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Layihə çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşlarının Əlincə qalasına yürüşü təşkil edilib.
Növbəti tədbir olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində vərdişləri formalaşdırmaq mövzusunda idarədə şöbələrarası təqdimat müsabiqəsi keçirilib.
Növbəti təşkil olunan tədbir isə idarə əməkdaşlarının azyaşlı övladları arasında baş tutub. “Təbiəti bizim üçün qoruyun” mövzusunda olan yaradıcılıq müsabiqəsi həm uşaqları ekoloji sağlamlığa cəlb etmək, həm ətraf mühitin qorunmasını onlara aşılamaq, həm də əyləndirmək məqsədilə təşkil edilib. İdarədə baş tutan müsabiqədə uşaqlar rəsm, şeir, inşa, tullantı və köhnəlmiş materialların yenidən istifadəsi nəticəsində yeni və faydalı əşyalar, sənət əsərləri və dekorativ əşyaların yaradılması kimi əl işləri və digər bacarıqlarını nümayiş etdirib. Yekunda həvəsləndirmə üçün iştirakçı uşaqların “Naxçıvan Əyləncə Adası”nda istirahəti təşkil edilib.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən bank və sığorta şirkətlərinin filialları arasında “30 gün yaşıl düşün” devizi altında “Yaşıl ay” layihəsi davam edir.
Digər xəbərlər