Bu il “Son zəng” tədbiri iyun ayının 13-də keçiril...
20:04 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
24 sentyabr 2025-ci il tarixdə Xatirə muzeyində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 27 sentyabr – Anım Gününün 5-ci ildönümü ilə əlaqədar olaraq "Zəfərin şəhidlik zirvəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Naxçıvan Hərbi Kollecinin kursant, müəllim kollektivi və muzey əməkdaşları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Muzeyin direktoru Aytən Qasımova tədbiri giriş sözü ilə açaraq bildirib ki, "27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü".
Daha sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, "Naxçıvan Qazilər" İctimai Birliyinin sədri Təbriz Zeynalov öz çıxışlarında 44 günlük haqq savaşımızdan ətraflı söz açıblar. Qeyd ediblər ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra itkin şəhidimizin atası Səməd Vəlizadə şəhid İbrahim Vəlizadəyə həsr olunan "Murovdan gələn səda" adlı kitabı muzeyə hədiyyə edib.
Tədbirin bədii hissəsində Naxçıvan Hərbi Kollecinin kursantları vətənpərvərlik mövzularında şeirlər səsləndirib, sonda isə muzeyin ekspozisiyasına baxış olub.
Digər xəbərlər