Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qr...
15:55 22.11.2024
0
0
0
Vətən müharibəsinin dördüncü ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Uzunoba gölünün ətrafında icra hakimiyyətinin və tabeli qurumların 200 nəfər əməkdaşının iştirakı ilə keçirilən aksiyada əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Naxçıvanın iqliminə uyğun 3000-dən çox meşə və meyvə ağacı, 450 gül kolu əkilib.
Həmçinin yeni əkilən ağaclara qulluq göstərilməsi üçün müasir suvarma sistemi quraşdırılıb və əraziyə cavabdeh şəxslər müəyyən olunub.
Digər xəbərlər