NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

25 qızıl medallı şagird

...

Ölkəmizin qabaqcıl ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universiteti son illər qazandığı uğurlarla seçilir. Bu günlərdə eşitdiyimiz şad bir xəbər də hamımızı sevindirdi. Belə ki, universitetin nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyanın VI sinfində oxuyan Qismət Talıbov az yaşında böyük uğurlara imza atıb. Bu gün o 25 qızıl medalın sahibidir. Onunla təhsil aldığı məktəbdə görüşüb həmsöhbət olduq. Müsahibim deyir ki, o ilk qızıl medalı 2-ci sinifdə oxuyarkən qazanıb. Bu uğurda riyaziyyat müəllimi olan anasının və ona dərs deyən müəllimlərinin əməyini yüksək dəyərləndirir. Ötən il gimnaziyaya daxil olduğunu deyən Qismət burada  oxuyanlar üçün böyük imkanların yaradıldığını bildirdi. Deyir ki, aldığı medalların bir çoxunu riyaziyyat-məntiq olimpiadalarından qazanıb.  Bəzilərinə isə ingilis dili olimpiadasında layiq görülüb. O artıq Amerika Birləşmiş Ştatlarına, İtaliyaya, Sinqapura da dəvət alıb. Riyaziyyat fənni üzrə Nyu-Yorka və Sinqapura dəvət aldığı üçün bu yay həmin olimpiadalara getməyi planlaşdırılır.

Biz də Qismətə bu böyük yarışlarda uğurlar arzulayırıq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 18.02.2025 12:26