Vətən müharibəsinin xronikası: 4 noyabr
12:05 04.11.2026
0
0
0
2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən məlumat verib.
O bildirib ki, büdcə siyasətinin əsas istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizamın qorunması şərtilə büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icrası, eləcə də real sektorun inkişafının daha da sürətləndirilməsidir.
Digər xəbərlər