Vətən müharibəsinin xronikası: 4 noyabr
12:05 04.11.2026
0
0
0
Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbiri MMU-nun rektoru general-mayor Gündüz Əbdülov açaraq müdafiə və milli təhlükəsizliyin təmin olunmasında qurumlararası əməkdaşlığın, əlaqələndirilmiş fəaliyyətin və elmi-praktiki təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, müasir təhlükəsizlik çağırışları, kibertəhlükəsizlik, informasiya mühitinin qorunması, hibrid təhdidlərə qarşı hazırlıq, eləcə də müasir texnologiyaların hərbi idarəetmədə tətbiqi və peşəkar hərbi kadr hazırlığı məsələlərinə toxunub.
Konfrans çərçivəsində "Müdafiə və milli təhlükəsizliyin aktual problemləri" mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə əməliyyat mühitinin transformasiyası və gələcəyin döyüş məkanı, peşəkar hərbi təhsil sistemi, səriştəyönümlü kadr hazırlığı, rəqəmsal ordu və müasir müdafiə texnologiyaları, süni intellekt həlləri, kibertəhlükəsizlik və hərb elminin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir noyabrın 5-dək seksiyalar üzrə davam etdiriləcək. Konfrans müddətində müdafiə və milli təhlükəsizlik sahəsində aktual elmi məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və qurumlararası əməkdaşlığın inkişafı nəzərdə tutulur.
Digər xəbərlər