NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2026-cı ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 646 milyon 669 min 800 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 1368,2 manat olmuşdur.

                                                            ***

Cari ilin yanvar-may aylarında muxtar respublikada 226 milyon 57 min 600 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 8 faiz çoxdur. Sənaye məhsulunun 196 milyon 685 min 100 manatı və ya 87 faizi malların, 29 milyon 372 min 500 manatı və ya 13 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,2 faizi emal, 16,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

                                                              ***

2026-cı ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 64 milyon 747 min 900 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,4 faiz çoxdur.

İstifadə olunmuş investisiyanın 23 milyon 9  min 500 manatı və ya 35,6 faizi məhsul istehsalı sahələrinə, 12 milyon 843 min manatı və ya 19,8 faizi xidmət sahələrinə, 28 milyon 895 min 400 manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala investisiya qoyuluşunun 54 milyon 474 min 600 manatı və ya 84,1 faizi, bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.

***

Cari ilin yanvar-may aylarında muxtar respublikada 92 milyon 311 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 9 milyon  203 min 700 manatı bitkiçilik sahəsi üzrə, 83 milyon 108  min 200 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,7 faiz artmışdır.

***

2026-cı ilin yanvar-may aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 889 min 600 ton yük, 19 milyon 251 min 900 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 0,9 faiz artmışdır.

***

Cari ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,1 faiz azalaraq  6 milyon 43 min 700 manat olmuşdur. Xidmətlərin 28,1 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.

                                                             ***

2026-cı ilin yanvar-may aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 616 milyon 317 min 200 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Ticarət şəbəkəsində 318 milyon 19 min 700 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298 milyon 297 min 500 manatlıq qeyri-qida məhsulları satılmışdır.

                                                              ***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 42,8 faiz artaraq 2026-cı il may ayının 1-nə milli valyuta ekvivalentində 42 milyon 185 min 800 manat təşkil etmişdir. Əmanətlərin 94,5 faizi milli, 5,5 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 19,5 faiz artmışdır.

                                                             ***

Cari ilin yanvar-may aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 58 milyon 772 min 670 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 milyon 850 min 410 dollarını və ya 10,0 faizini ixrac olunmuş məhsulların, 52 milyon 922 min 260 dollarını və ya 90,0 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 faiz, o cümlədən idxal 20,0 faiz, ixrac isə 23,3  faiz artmışdır.

                                                                ***

2026-cı ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 86 milyon 835 min 300 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz azalmışdır.

                                                              ***

2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 860,3 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

                                                              ***

1 may 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1293 nəfər və ya 0,3 faiz artaraq 472 727 nəfər olmuşdur.

 

Nəşr edilib : 11.06.2026 12:01