Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp...
19:09 16.07.2026
0
0
0
NAXÇIVAN :
16 Iyul 2026, Cümə axşamı
2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 835 milyon 460 min 500 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1767,5 manat olmuşdur.
***
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 275 milyon 908 min 700 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur. Sənaye məhsulunun 242 milyon 650 min 300 manatı və ya 87,9 faizi malların, 33 milyon 258 min 400 manatı və ya 12,1 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,9 faizi emal, 15,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 131 milyon 696 min 500 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 23,1 faiz çoxdur.
İstifadə olunmuş investisiyanın 54 milyon 498 min 400 manatı və ya 41,4 faizi məhsul istehsalı sahələrinə, 17 milyon 293 min 800 manatı və ya 13,1 faizi xidmət sahələrinə, 59 milyon 904 min 300 manatı və ya 45,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 118 milyon 686 min 200 manatı və ya 90,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz çoxdur.
***
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 151 milyon 539 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 46 milyon 262 min 800 manatı bitkiçilik sahəsi üzrə, 105 milyon 276 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,4 faiz azalıb.
***
2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 539 min 400 ton yük, 23 milyon 457 min 500 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artmışdır.
***
Cari ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60,2 faiz azalaraq 7 milyon 876 min 400 manat olmuşdur. Xidmətlərin 38,5 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 746 milyon 30 min 200 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Ticarət şəbəkəsində 384 milyon 205 min 600 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 361 milyon 824 min 600 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 40,9 faiz artaraq 2026-cı il iyun ayının 1-nə milli valyuta ekvivalentində 43 milyon 925 min 900 manat təşkil etmişdir. Əmanətlərin 94,8 faizi milli, 5,2 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,8 faiz artmışdır.
***
Cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6 milyon 649 min 400 dollarını və ya 9,4 faizini ixrac olunmuş məhsulların, 63 milyon 821 min 550 dollarını və ya 90,6 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,5 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə 14,4 faiz artmışdır.
***
2026-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 104 milyon 888 min 500 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz azalmışdır.
***
2026-cı ilin yanvar-may aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 868,3 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
***
1 iyun 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1212 nəfər və ya 0,3 faiz artaraq 472 820 nəfər olmuşdur.
Digər xəbərlər