NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

2025-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 589 min 400 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,5 faiz artaraq 2257,9 manat olmuşdur.

***

Cari ilin yanvar-avqust  aylarında muxtar respublikada 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 281 milyon 174 min 400 manatı və ya 82,0 faizi malların, 61 milyon 832 min 500 manatı və ya 18,0 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-avqust  aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 122 milyon 629 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 42,4 faiz çoxdur.

İstifadə olunmuş vəsaitin 30 milyon 928 min manatı və ya 25,2 faizi məhsul istehsalı sahələrinə, 36 milyon 960 min 300 manatı və ya 30,2 faizi xidmət sahələrinə, 54 milyon 741 min manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala vəsait qoyuluşunun 91 milyon 650 min 800 manatı və ya 74,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz çoxdur.

 ***

Cari ilin yanvar-avqust  aylarında muxtar respublikada 264 milyon 10 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 149 milyon 179  min 700 manatı bitkiçilik sahəsi üzrə, 114 milyon 830 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz azalmışdır.

***

2025-ci ilin yanvar-avqust  aylarında muxtar respublikada nəqliyyat sektorunda 4 milyon 767 min 500 ton yük, 31 milyon 681 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,1 faiz artmışdır.

***

Cari ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq  25 milyon 569 min 600 manat olmuşdur. Xidmətlərin 45,5 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

2025-ci ilin yanvar-avqust  aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 904 milyon 101 min 100 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Ticarət şəbəkəsində 464 milyon    708 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 439 milyon 393 min 100 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 54,4 faiz artaraq 2025-ci il avqust  ayının 1-ə milli valyuta ekvivalentində 32 milyon 752 min manat təşkil etmişdir. Əmanətlərin 93,2 faizi milli, 6,8 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,2 dəfə artmışdır.

***

Cari ilin yanvar-avqust  aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 milyon 72 min 880 dollarını və ya 11,4 faizini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 dollarını və ya 88,6 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8,7 faiz, o cümlədən idxal 11,7 faiz azalmış, ixrac isə 24,5 faiz artmışdır.

                                                               ***

2025-ci ilin yanvar-avqust  aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 136 milyon 560 min manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.

                                                              ***

2025-ci ilin yanvar-iyul aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 825,9 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

***

1 avqust  2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2058 nəfər və ya 0,4 faiz artaraq 471911 nəfər olmuşdur.

Nəşr edilib : 11.09.2025 13:02