QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
NAXÇIVAN :
06 Fevral 2026, Cümə
"2025-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində yağıntıların miqdarı həddindən artıq aşağı olub. Buna görə də su anbarlarının bəzilərində kifayət qədər su toplanılmayıb".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov deyib.
Rəis müavini qeyd edib ki, Naxçıvanın böyük su hövzələrindən sayılan Heydər Əliyev su anbarında hazırda 32 milyon kubmetr su mövcuddur. Bundan aşağı vəziyyət isə 2016-cı ildə qeydə alınıb ki, həmin vaxt ehtiyat su həcmi 7-8 milyon kubmetrə düşmüşdü: "Bu il anbara su daxil olmaları, demək olar ki, sıfır səviyyəsindədir. Gözləntimiz budur ki, hava şəraitinə uyğun yaxın 3 ay ərzində də su anbarında kifayət qədər suyun toplanması mümkün olmayacaq. Bunun üçün də həm suvarmada, eləcə də içməli su sektorunda sudan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Heydər Əliyev su anbarının layihə tutumu 100 milyon kubmetrdir. Onun, təqribən, 7-8 milyonu anbarın ölü həcmidir. 92 milyonu isə normal istifadə oluna biləcək miqdarıdır. İndiki vəziyyətdə su ehtiyatı minimum həddə düşə bilər. Anbardakı suyu suvarma və içməli olmaqla bərabər bölüşdürsək, dekabr ayının sonuna, təqribən, 5-6 milyon təmiz su qalma ehtimalı var".
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Araz su anbarından Heydər Əliyev su anbarına inteqrasiyalı olunmaqla, suyun çəkilişi nəzərdə tutulub. Burada 3 pilləli nasos stansiya və 1,6 metr diametrində təzyiqli boru xəttinin tikintisi nəzərdə tutulub. Əminik ki, bu yeni layihənin reallaşdırılması Naxçıvanın suvarma suyuna olan tələbatının ödənilməsində böyük rol oynayacaq", – deyə Emil Səfərov əlavə edib.
Digər xəbərlər