NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

2025-ci ildə Naxçıvanda 6 erkən və 1 qohum evliliyinin qarşısı alınıb

...

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 6 erkən və 1 qohum evliliyinin qarşısı alınıb.

Bu barədə "Şərq qapısı"nın sorğusuna Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu, Gömür kəndində 1, Sədərək rayonu, Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu, Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu, Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb və valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin Sədərək rayonu, Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan uşağın qohum nikahının qarşısı alınıb.

Nəşr edilib : 09.01.2026 16:38