NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

...

Böyük Britaniya ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 18 şirkətlə təmsil olunur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “X” sosial şəbəkəsində paylaşım edib.

Diplomatın sözlərinə görə, Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ilk dəfə sərgidə iştirak edir.

Dunkan Norman qeyd edib ki, Böyük Britaniyanın sərgidəki pavilyonunda ölkənin müdafiə sahəsində təqdim etdiyi təcrübə, innovativ həllər və imkanlarla tanış olmaq mümkündür.

Nəşr edilib : 30.09.2026 12:33