Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, 2025-ci ildə görülən işlər müzakirə olunub, 2026-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclasda komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlərin icrası 2025-ci ilin 12 ayı ərzində diqqətdə saxlanılıb, bu məqsədlə tədbir, iclas, təlim, seminar, görüş, müsabiqə, konfrans, festival, sərgi-satış yarmarkası, monitorinqlər keçirilib, beynəlxalq günlər qeyd edilib. Həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlər keçirilib, əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğat işi aparılıb.
Ramilə Seyidova qeyd edib ki, komitə öz fəaliyyətini, əsasən, dörd istiqamətdə – ailə, qadın, uşaq və gender sahələrində qurub. Xüsusilə uşaqların hüquqlarının qorunması, onların təhsilə cəlb olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, onların erkən nikaha daxil olmasının, qanunsuz əməyə cəlb edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilib. Belə ki, hesabat dövrü ərzində 10 uşaq əməyinin qarşısı alınıb, 33 uşağın təhsilə cəlbi təmin edilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram tədbirlərində 293 hədiyyə verilib, həmçinin istedadları ilə fərqlənən 161 uşağa diplom və hədiyyə təqdim olunub. Ümumilikdə, uşaq məsələləri ilə bağlı aparılan bu işlər, uşaqların rifahını artırmaq, onların inkişafına dəstək olmaq və cəmiyyətdə uşaqların hüquqlarının önəmini vurğulamaq məqsədi daşıyır. Hesabat dövrü ərzində uşaq məsələləri ilə bağlı 66 tədbir, 9 seminar, 28 təlim, 2 ustad dərsi, 1 yay düşərgəsi, 2 festival, 84 monitorinq, 3 ekskursiya, 1 film nümayişi, 16 görüş üzrə 6371 nəfər iştirakçı yararlanıb, 2468 ədəd təbliğat materialı paylanılıb, o cümlədən 58 poster elan lövhələrinə vurulub.
Həmçinin Ramilə Seyidova komitə tərəfindən qadın hüquqlarının qorunması, onların istedadlarının üzə çıxarılması yönündə görülən işlərdən bəhs edib. Bildirilib ki, qadınların özünüməşğulluğunun təmin edilməsi məqsədilə komitə tərəfindən 6 dəfə sərgi-satış keçirilib, 244 istedadlı şəxsin 4129 əl işi 28304 manat məbləğində satılıb. Sərmayə kapitalı alan 15 qadının yaşadığı ünvanda monitorinq keçirilib, komitədə məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, qadın məsələləri ilə bağlı 1 konfrans, 31 tədbir, 15 monitorinq, 6 görüş, 4 təlim, 1 müsabiqə, 6 sərgi-satış və 1 ustad dərsi keçirilib, ümumilikdə, bu tədbirlərdən 2550 nəfər yararlanıb, 1772 broşür paylanılıb, 295 sorğu keçirilib, 8 poster məlumat lövhələrinə vurulub.
Hesabat dövrü ərzində ailə məsələləri ilə bağlı maarifləndirmə və dəstək göstərilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər ailələrin rifahını artırmaq, qadın və uşaqların hüquqlarını qorumaq və cəmiyyətin hər bir üzvünü bu mövzuda məlumatlandırmaq məqsədini daşıyır. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da bəhs edən Ramilə Seyidova qeyd edib ki, 2025-ci il ərzində komitə tərəfindən mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirilib və şəhidlərimizin məzarları ziyarət edilib.
Komitə tərəfindən ailə məsələləri ilə bağlı 133 görüş, 55 tədbir, 1 konfrans, 4 iclas, 2 müsabiqə və 6 təlim keçirilib, 3770 nəfər iştirakçı yararlanıb, 494 sorğu keçirilib, 2886 ədəd broşür paylanılıb və 26 poster elan lövhəsinə vurulub.
Həmçinin hesabat dövrü ərzində komitə gender bərabərliyini təşviq etmək və cəmiyyətdə qadın və kişilər arasında bərabər imkanlar yaratmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Gender məsələləri ilə bağlı 6 tədbir, 12 təlim keçirilib, 805 nəfər iştirakçı yararlanıb, 74 nəfər arasında sorğu keçirilib, 810 ədəd broşür paylanılıb və 12 poster elan lövhəsinə vurulub.
Ramilə Seyidova hesabat dövrü ərzində beynəlxalq və xüsusi günlərin diqqətdə saxlanıldığını və həmin günlərlə bağlı tədbirlərin həyata keçirildiyini qeyd edib.
Hesabat dövrü ərzində komitə əməkdaşları 32 təlimə cəlb olunublar.
Komitə sədri yekunda görülən işləri ətraflı təhlil edərək bildirilib ki, ümumilikdə, 2025-ci ilin 12 ayı ərzində 3 kollegiya iclası, 4 iclas, 2 konfrans, 2 festival, 159 tədbir, 155 görüş, 50 təlim, 9 seminar, 99 monitorinq, 6 sərgi-satış, 3 ustad dərsi, 3 ekskursiya, 4 müsabiqə keçirilib. Bu da 499 müxtəlif səpkili tədbirdir, ötən illə müqayisədə 150 müxtəlif səpkili tədbir çoxdur. Keçirilən maarifləndirici görüş, seminar, təlim və s. tədbirlərdən 5135 kişi və 8362 qadın olmaqla, 13497 nəfər yararlanmış, 863 nəfər arasında sorğu keçirilib, 7936 təbliğat materialı paylanılıb, o cümlədən 104 poster elan lövhələrinə vurulub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 kollegiya iclası, 2 konfrans, 1 müsabiqə, 1 iclas, 1 festival, 72 görüş, 25 tədbir, 16 monitorinq, 2 ustad dərsi, 2 seminar keçirilib, yararlanan 1166 nəfərdən çox və 3678 təbliğat materialı, o cümlədən broşürlər çox paylanılıb, 104 poster çox elan lövhələrinə vurulub. Həmçinin komitə sədri tərəfindən bölgələrdə 14 dəfə vətəndaşlarla görüşlər keçirilib, vətəndaşların müraciətləri dinlənilib, həlli ilə əlaqədar köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar Regional Ailə mərkəzlərinin yaradılması ilə bağlı işlər görülüb, tender sorğusu keçirilib, Şərur və Culfa Regional Ailə mərkəzlərinin layihə-smeta sənədlərinin satınalması məqsədilə keçirilmiş tender sorğusunun qalibi “BİMD” QSC ilə müqavilə bağlanılıb və layihələndirmə ilə bağlı işlərə başlanılıb. Hesabat dövrü ərzində şirkət tərəfindən Şərur və Culfa Regional Ailə mərkəzlərinin inzibati binalarının tikintisinin layihə-smeta sənədləri hazırlanaraq komitəyə təqdim edilib. Tikiləcək Regional Ailə mərkəzlərinin inzibati binalarının tikintisinin layihə-smeta sənədləri hazırda aid qurum tərəfindən ekspertiza mərhələsindədir.
Məruzə ətrafında komitənin sədr müavini Aytən Məmmədova, komitənin Aparat rəhbəri Eltun Həziyev, aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, aparatın Maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyeva məruzə ətrafında çıxışlar ediblər.
Kollegiya iclasında, həmçinin komitənin 2025-ci il üçün iş planı təsdiq edilmiş və kollegiyanın qərarı qəbul edilmişdir.
Digər xəbərlər