Naxçıvanda 4 min abonentin “smart-kart tipli” sayğ...
09:36 23.04.2026
0
0
0
Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və xor kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Kompozisiya orkestrinin bədii rəhbəri – dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə təqdim olunub.
Kamera orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevlə yanaşı, Ariz Ağayev, Əsmər Tahirlinin solo ifalarında Vasif Adıgözəlov “Qərənfil”, Azər Rzayev “Düşüncə”, Hacı Xanməmmədov “Kamança konserti”, ll hissə orkestrin ifasında isə Fikrət Əmirov “Nizami” 1-ci hissə, Aqşin Əlizadə “Hüzn valsı” və digər musiqi nömrələri təqdim olunub.
Musiqi nömrələri milli yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, musiqinin dili ilə hüznü, qüruru və xalqımızın sarsılmaz ruhunu əks etdirib.
Digər xəbərlər