Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
NAXÇIVAN :
17 Yanvar 2025, Cümə
Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş “20 Yanvar faciəsi: tarix, həqiqət və milli birlik” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası suverenliyinin, müstəqilliyinin memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası suverenliyi, ərazi bütövlüyü, torpaqlarının azad olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə 1 dəqiqəlik sükutla başlayıb.
Tədbirdə giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Tədris işləri üzrə prorektor Elşən Məmmədov çıxış edib. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli şüurunun oyanması və dövlətimizin suverenliyinin, azadlıq və müstəqilliyinə gedən yolda başlanğıc olduğunu qeyd edib, Ulu Öndərin 20 Yanvar faciəsinə ilk siyasi qiymət verməsindən, o dövr sovetlər birliyinin rəhbərlərinin bu faciəyə görə məsuliyyət daşıdıqlarını, 20 Yanvar faciəsinin cinayət olduğunu Heydər Əliyevin bütün dünyaya çatdırdığını bildirib.
Sonra institutun tələbələrinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Tədbir dəyirmi masa ətrafında davam edib.
Dəyirmi masada institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov mövzu ətrafında çıxış edərək qeyd edib ki, 20 Yanvar hadisələrini anarkən yalnız faciənin kədərini deyil, həm də xalqın qəhrəmanlıq mübarizəsini, milli birlik və həmrəyliyini xatırlayırıq. 20 Yanvar, Azərbaycan xalqının həqiqətə olan bağlılığını, haqqa olan inamını və azadlıq uğrunda mübarizəsini nümayiş etdirən bir gündür.
Sonra “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir!” mövzusu ilə Humanitar və ictimai fənlər kafedrasının müdiri Aytəkin Qəhrəmanova və “20 Yanvar faciəsinə Siyasi Yanaşma: haqq və ədalət axtarışında” mövzusu ilə kafedranın müəllimi Altay Cəfərli məruzə ilə çıxış edib. Çıxışlarda diqqətə çatdırılıb ki, bu gün 20 Yanvar hadisəsinin 35-ci ildönümündə, biz həm keçmişə, həm də gələcəyə baxaraq bu tarixi günün əhəmiyyətini bir daha dərk edirik. 20 Yanvar təkcə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinin simvolu olmaqla qalmır, həm də xalqın azadlıq və haqqa olan sarsılmaz inamının, milli birlik və həmrəyliyinin rəmzidir. Bu günün əhəmiyyəti, yalnız faciənin yox, həm də bu faciənin xalqa gətirdiyi dərslərin və milli özünüdərk prosesinin dərinliyindədir. Vurğulanıb ki, 20 Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycanın gələcək müstəqilliyi uğrunda atılmış addımların başlanğıcı olmuşdur. Xalqımız bu hadisə ilə öz mübarizəsini daha da möhkəmləndirmiş, dünya ictimaiyyətinə isə Azərbaycanın haqqını müdafiə etməyin nə qədər vacib olduğunu göstərmişdir.
Daha sonra tələbələrin mövzu haqqında fikirləri dinlənilib, institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov tələbələrə fikir və tövsiyələrini bildirib, iştirakçıların diqqətinə çatdırıb ki, bu gün biz bu hadisənin təcrübələrindən dərs alaraq, ölkəmizin gələcəyini daha güclü və birləşmiş şəkildə qurmalıyıq. 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda verdiyi mübarizənin davamıdır və biz hər zaman bu tarixə hörmətlə yanaşmalı, onun verdiyi mesajları gələcək nəsillərə çatdırmalıyıq.
Digər xəbərlər