Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi aparatının əməkdaşı Həcərxanım Məmmədova qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqını bütün dünyaya müstəqil yaşamağa qadir, eyni zamanda əyilməz bir xalq kimi tanıtmışdır. 20 Yanvar müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı müstəqillik mübarizəsinin unudulmaz səhifəsidir.
Vurğulanıb ki, bu hadisələr xalqımızın qəhrəmanlıq simvoluna çevrilmişdir. Azərbaycanın müasir tarixində elə şərəfli günlər var ki, bütövlükdə, xalqın milli ideallar uğrunda mübarizəsini, bu yolda hər cür çətinliklərə sinə gərmək əzmini özündə təcəssüm etdirir.
Tədbirin bədii hissəsində, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və xor kollektivinin müşaiyəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçısı – Hakim Məmmədli, Nurlan Nuriyev, solistlər – Əsmər Tahirli, Asiman İsmayılov, Əfsun Məmmədli, İmmi Vəliyevanın ifalarında vətənpərvərlik ruhunda bəstələnmiş əsərlər səsləndirilib.
Digər xəbərlər