NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

15 Sentyabr-Bilik Günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla görüş keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, 1-ci ildönümünü qürurla qeyd etdiyimiz antiterror tədbirləri şəhidlərimizin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən xüsusi qayğıdan bəhs ediblər. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, Ümumilli Lider Heydər Əliyevin həssaslıqla yanaşdığı dövlət uşaq siyasəti uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi həssas münasibətin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Aytən Məmmədova xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla bağlı Komitə tərəfindən keçirilən tədbirlərdən, monitorinqlərdən və onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı görülən işlərdən danışaraq qeyd edib ki, bu kimi görüşlərin keçirilməsində də məqsəd uşaqların problemləri ilə maraqlanıb, onların həlli istiqamətində tədbirlər görməkdir. 
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli bildirib ki, muxtar respublikada uşaqların sağlam, vətənə layiqli övladlar kimi yetişməsinə diqqətlə yanaşılır, bu istiqamətdə müxtəlif layihələr icra olunur. Bir sözlə uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi qarşıya qoyulub. Çıxış edənlər uşaqları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Tədbirdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların himayəçi və qəyyumları  göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. 
Çıxışların ardından uşaqlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublika üzrə 40 nəfər xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar məktəbli geyimləri, ayaqqabı və çantaları ilə təmin ediliblər.

Nəşr edilib : 19.09.2024 15:27