Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Seçki məntəqələrində səsvermədə iştirak etməkdə çətinlik çəkən və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət edən şəxslərin səs vermələri üçün lazımi şərait yaradılıb. Onlar üçün daşınan qutular təşkil edilib. Belə ki, rayonun ən yaşlı sakinləri məntəqəyə gəlməkdə çətinlik çəkdiyindən onlar üçün yaradılan bu şəraitdən istifadə edərək komissiya üzvlərinin iştirakı ilə səs veriblər. Biz də "Şərq qapısı" qəzeti olaraq Şərur rayonunun ən yaşlı sakinlərindən olan, İbadulla kəndində yaşayan Dilbər Məmmədovanın seçki prosesini müşahidə edib, fikirlərini öyrəndik:
"Bu seçkidə mən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamçılarını millət vəkili kimi görmək istəyirəm. Elə buna görə də ən layiqli namizədə səs verdim. Arzu edirəm ki, seçilən namizədlər ölkə başçısına, onun yürütdüyü siyasətə layiq olsunlar, qalib gələcək deputatlar işlərini xalqın etimadını doğruldacaq səviyyədə qursunlar. Ölkə rəhbərliyinə, xalqa və onun verdiyi səsə sadiq olsunlar. İnanıram ki, vətəndaşlar onları yaxından tanıyıb, onlara müaciət etməkdən çəkinməyəcəklər. Xalqın səsiylə seçilən deputatlar xalqa qulaq verəcəklər, onların problemləri ilə maraqlanacaqlar. Mən el-obamı təmsil edəcək deputatın daim yerli əhali ilə sıx təmasda olmasını istəyirəm. Çünki xalqın etimad göstərib seçdiyi deputat öz diqqətini, bacarığını əhalinin problemlərinin həlli yollarının tapılmasına, bu problemlərin müvafiq qurumlar qarşısında qaldırılmasında dəstək olmalıdır".
Digər xəbərlər