NAXÇIVAN :

03 May 2026, Bazar

Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müəllimindən akademikin xatirəsinə innovativ töhfə

...

Naxçıvanlı müəllim Vüsalə Kazımova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş "İşıqlı irs" adlı interaktiv layihə hazırlayıb. STEAM metodologiyası əsasında ərsəyə gələn bu xüsusi portret həm səsli, həm də işıqlı özəllikləri ilə seçilir. Layihə çalışarkən ledlər işıqlanır və dahi şəxsiyyətin gənclərə dəyərli nəsihətləri, həmçinin fikirləri səslənir. Eyni zamanda işıq effektləri ilə bu mənəvi irsin sönməzliyi simvolizə olunur.
Portretdə Zərifə Əliyevanın adının ağ ledlərlə işıqlandırılması onun elmi irsinin aydınlığını, miras qoyulan biliklərin işığını tərənnüm edir. Göz ətrafında statistik şəkildə fokuslanan qırmızı led halqası isə alimin mübarizə apardığı oftalmoloji xəstəliklərdə patoloji qızartıların təsviridir.
İdeya və icraçı müəllifin burada məqsədi dahi şəxsiyyətin irsini müasir texnologiyanın dili ilə gənc nəslə sevdirmək, təhsilin innovativ yollarla təbliğinə nail olmaqdır. Tamamilə müəllif ideyası və əl işi olan bu layihə həm sənət, həm də texnologiyanın vəhdətini özündə birləşdirir.

Nəşr edilib : 28.04.2026 11:53