Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
"Bizim üçün çox xoşdur ki, “Zəngəzur yolu – tarixin izi ilə” adlı konfransda iştirak etmək üçün Azərbaycan Respublikasına səfər etmişik və bu çərçivədə Naxçıvana gəlmişik. Bu, mənim Naxçıvana ilk səfərimdir. Həm bu gözəl diyarı görmək, həm də öz millətimizi daha yaxından tanımaq baxımından bu səfər mənim üçün çox əhəmiyyətlidir. Belə konfrans və tədbirlərin təşkili həm bizim üçün, həm də dünyada yaşayan Azərbaycandilli, türkdilli müsəlmanlar üçün çox faydalı və vacibdir".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov deyib.
O qeyd edib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin qorunmasına, bir-birimizi daha yaxından tanımağa və ortaq problemlərimizi müzakirə edərək onların həlli istiqamətində gələcək addımların müəyyənləşdirilməsinə kömək edir: "İnanıram ki, belə görüşlər nə qədər çox təşkil olunsa, Azərbaycanın hər bölgəsində keçirilsə, bir o qədər faydalı olar. Mən özüm iki dəfə işğaldan azad olunmuş ərazilərdə olmuşam. Bu səfərlər mənim üçün çox qürurverici və duyğusal anlarla yadda qalıb. Azad olunmuş torpaqları ziyarət etmək hər birimiz üçün böyük mənəvi dəyər daşıyır.
Hesab edirəm ki, dünyada, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar qədər bir-birinə bağlı, bir-birinə təsir edən ikinci bir toplum tapmaq çətindir. Hər iki müharibədə şəhidlərimizin sayına baxdıqda və ümumilikdə, milli məsələlərdə göstərilən həmrəyliyə görə bu bağlılıq açıq şəkildə görünür. Bir zamanlar torpaqlarımızın işğal altında olması bizim üçün ağır bir zərbə idi. Bu, xalq olaraq bizi dərindən sarsıdırdı. Lakin çox şükür ki, bu çətin dövrü arxada qoyduq. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünü görmək və onu bütöv şəkildə ziyarət etmək hər birimiz üçün böyük sevincdir".
"Bu gün biz gözəl təbiəti ilə seçilən Naxçıvanda olmaqdan məmnunuq. Bu cür tədbirlərin davamlı olması əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək",–deyə Mirtağı Əsədov əlavə edib.
Digər xəbərlər