NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib

...

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

“Şərq qapısı” nın verdiyi məlumata görə, V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.
"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.

Nəşr edilib : 05.08.2025 18:53