NAXÇIVAN :

03 May 2026, Bazar

Yüksəkrütbəli nümayəndə heyəti AMEA Naxçıvan Bölməsində qonaq olub

...

Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini, professor-doktor Talat Canbolat, Quru Qoşunlarının Hərbi Məktəbinin dekanı, professor-doktor İbrahim Ethem Atnur, Bakıda yerləşən Türkiyə Silahlı Qüvvələrinin attaşeliyinin Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Ahmet Yavaş və Əlahiddə Ümumqoşun Ordunun şöbə rəisi, polkovnik Naib Cəfərov AMEA Naxçıvan Bölməsində qonaq olublar.
“Şərq qapısı” xəbər verir ki, qonaqlar bölmənin sədri, akademik İsmayıl Hacıyev ilə görüşüblər. Görüşdə elm və təhsillə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara bölmənin elmi-tədqiqat istiqamətləri, həyata keçirilən işlər və əldə olunan elmi nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif sahələri əhatə edən tədqiqatlar regionun elmi potensialının inkişafına xidmət edir. Nümayəndə heyəti institutların fəaliyyəti ilə yaxından tanış olub, görülən işləri yüksək qiymətləndirib.

Nəşr edilib : 24.04.2026 17:35