NAXÇIVAN :

09 May 2025, Cümə

Yeni Roma Papası seçilib

...

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.
"Şərq qapısı" xəbər verir ki, 133 kardinalın iştirakı ilə Sikstin Kapellasında baş tutan gizli səsvermə ilə Yeni Roma Papası seçilib və binanın damında quraşdırılan bacadan ağ tüstü çıxıb.
Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.

Nəşr edilib : 08.05.2025 20:58