NAXÇIVAN :

03 May 2026, Bazar

Yamaykanın Baş naziri Zati-aliləri cənab Endryu Holnessə

...

Hörmətli cənab Baş nazir,

Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2025-ci il

Nəşr edilib : 06.08.2025 12:03