NAXÇIVAN :

03 May 2026, Bazar

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

...

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Şərq qapısı"na bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəşr edilib : 24.08.2025 18:50