NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya qüvvələri cəlb olunub

...

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Nəşr edilib : 26.08.2025 14:25