Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağ...
16:46 29.04.2026
0
0
0
Gömrük Məcəlləsinə edilən dəyişikliklər, əslində mahiyyət etibarilə hər hansı bir texniki məsələlərin, dəqiqləşdirmələrin aparılması ilə yanaşı, daha çox konseptual yanaşmanın, yeni müasir çağırışlardan irəli gələrək müəyyən normaların gömrük qanunvericiliyində təsbit olunması xarakteri daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, qəbul olunmuş normaların bir müddətdən sonra təkmilləşdirilməsi, nəzərdən keçirilməsi zərurəti yaranır. Çünki dünya dəyişəndir, yeni istiqamətlər yaranır və ona görə və beynəlxalq hüquq normalarında bəzi yenilənmələr baş verir. O nöqteyi-nəzərdən də Gömrük Məcəlləsində dəyişiklik edilməlidir.
Komitə sədri qeyd edib ki, Gömrük Məcəlləsinin əsas hədəfləri tranzit potensialının inkişaf etdirilməsi, etibarlı tərəfdaşlığın təşviqi, gömrük əməliyyatlarında sadələşdirilmə, gömrük nəzarətində yeni yanaşmalardır.
Digər xəbərlər