NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

XİN: 107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi

...

107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi.

"Şərq qapısı" xəbər verir ki, nazirlik bu barədə özünün “X” hesabında paylaşım edib.

“1918-ci ilin bu günü Azərbaycan Korpusununun da daxil olduğu Qafqaz İslam Ordusu Bakıya daxil oldu və erməni-daşnak işğalına son qoydu. Paytaxtın azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi və xalqımızın, eləcə də müttəfiqlərimizin birliyi, cəsarəti, və fədakarlığını nümayiş etdirdi. 107 ildən sonra, millətimizin müstəqilliyi və azadlığı üçün həyatlarını qurban verənlərin xatirəsini dərin minnətdarlıqda yad edirik”, - qeyd olunub.

Nəşr edilib : 15.09.2025 12:16