NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Növbəti tibbi aksiya uğurla başa çatıb

...

Əhalinin sağlamlığının qorunması istiqamətində təşkil olunan növbəti oftalmoloji aksiya uğurla yekunlaşıb.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən həyata keçirilən aksiya görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunub.
20-22 aprel tarixləri əhatə edən aksiya çərçivəsində vətəndaşlara Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu, Ph.D Dr. Sənan Kərimzadə tərəfindən ixtisaslı tibbi yardım göstərilib.
Üç gün ərzində, ümumilikdə, 109 vətəndaş müraciət edib. Onlardan 20 aprel tarixdə 35 nəfər (1 nəfərin gözündən yad cisim çıxarılıb), 21 aprel tarixdə 36 nəfər, 22 aprel tarixdə isə 38 nəfər müayinə və müalicəyə cəlb olunub.
Aksiya müddətində aşkarlanan xəstəliklər üzrə vətəndaşlara müvafiq tibbi tövsiyələr verilib və zəruri hallarda müalicələri təmin olunub.
Qeyd edək ki, növbəti tibbi aksiya başa çatsa da, əhalinin sağlamlığının qorunması istiqamətində müayinə və müalicə tədbirləri müvafiq tibb müəssisələrində davam etdirilir.

Nəşr edilib : 22.04.2026 22:35