Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam ...
16:50 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Hər bir xalqın taleyinə həlledici təsir göstərmiş şəxsiyyətləri olur. Ümummilli Lider Heydər Əliyev də Azərbaycanı zamanın sərt sınaqlarından xilas edərək onu davamlı inkişaf yoluna çıxaran, mübarizələrlə dolu şanlı tariximizi yenidən yazan dahidir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!” müdrik kəlamı xalqını, onun azadlığı və müstəqilliyini hər şeydən uca tutan böyük şəxsiyyətin həyat devizi olmuşdur. Ulu Öndər əsrlərboyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın arzularını reallığa çevirən, müasir dövlət quran və bu dövləti böyük uçurumlardan xilas edərək onun gələcək yolunu müəyyənləşdirən fenomenal şəxsiyyətdir”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva deyib.
Deputat daha sonra əlavə edib: “1993-cü il iyunun 15-də xalqın tələbi ilə Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Ulu Öndər Heydər Əliyev öz böyük, siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi.
ÜmummilliLiderimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri Ulu Öndərimiz belə ifadə etmişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik”. Yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı bundan sonra da bu müqəddəs mirası qoruyub saxlayaraq yeni uğurları ilə region və dünya sivilizasiyasına öz töhfəsini verəcəkdir”.
Ümummilli Lider Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. İqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Görülən işlər işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan verdi. “Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, müstəqil Azərbaycan dövləti öz ərazisinin bütün hissələrinin sahibi olacaqdır”, – deyən Ulu Öndərin uzaqgörənliyinin heç bir sübuta ehtiyacı olmadığı bir daha təsdiq edildi.
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır. Bu reallıqda Azərbaycan təbii olaraq güclü, diktə edən tərəf kimi artıq yeni tarix yazmağa başlayıb. Bütün bunlar isə onu göstərir ki, Ulu Öndər Heydər Əliyev siyasi yolunun davam etdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya sivilizasiyasının tərəqqisinə xidmət edir. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Ulu Öndərimiz Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpağı, xalqı, milləti üçün əbədi olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyev hər zaman zirvədə dayandı, bu gün də zirvədədir, gələcəkdə də zirvədə olacaqdır!-deyə deputat bildirib.
Digər xəbərlər