Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal...
22:42 18.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı – 2025” iyunun 17-də Naxçıvan Şəhər Xalq Teatrının çıxışı ilə yekunlaşdı. Festivalın sonuncu günü teatrsevərlərə Cəlil Məmmədquluzadənin “Danabaş kəndindən bir əhvalat” adlı tamaşa təqdim olundu. Tamaşa klassik irsimizin dərin satira və realizmlə zəngin ruhunu səhnəyə daşıyaraq tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.
Beş gün davam edən festival çərçivəsində muxtar respublikada fəaliyyət göstərən 5 xalq teatrı – R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı, Şahbuz Rayon Xalq Teatrı, Babək Rayon Xalq Teatrı, K.Ziya adına Ordubad Rayon Xalq Teatrı, Naxçıvan Şəhər Xalq Teatrı öz səhnə nümunələrini təqdim edərək teatr sənətimizin davamlı inkişafına töhfə verdilər.
Festival çərçivəsində təqdim olunan tamaşalar xalq irsinin yaşadılması, teatr mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və istedadlı həvəskar aktyorların tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər