Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitor...
21:28 08.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan voleybol yarışı təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, yarışın keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışa başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara yarışın keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından 10 komandanın iştirak etdiyi yarışın qalibi Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası olub. İkici yerin qalibi Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin komandası, üçüncü yerin qalibi isə Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası olub.
Komandalar kubok, medal və fəxri fərmanla təltif olunublar.
Digər xəbərlər