NAXÇIVAN :

03 May 2025, Şənbə

Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupun iclası keçirilib

...

Fevralın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.
ARVK-dan bildirilib ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bunun hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.
Görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.
Müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

Nəşr edilib : 19.02.2025 20:12