Türk Dövlətləri Təşkilatının Türk dünyasının inkiş...
22:35 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Vaşinqton görüşü Azərbaycan, Ermənistan və ABŞ arasında yeni əməkdaşlıq formatının əsasını qoyur. Bu görüş yalnız münaqişənin həllinə deyil, həm də regionun inkişafına istiqamətlənmiş geniş siyasi və iqtisadi gündəlik daşıyır”.
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Ağ evdə həm ikitərəfli, həm də üçtərəfli formatda apardığı danışıqlar Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artmasının göstəricisidir. Onun sözlərinə görə, bu, Azərbaycanın diplomatik uğurlarının davamıdır və ölkəmizin regionda sülhün təminatçısı kimi mövqeyini daha da gücləndirir.
Təhminə Babayeva qeyd edib ki, görüşün əsas məqsədi dayanıqlı sülh müqaviləsinin imzalanmasına zəmin yaratmaqdır: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipial mövqedir və bu prinsiplər əsasında atılacaq addımlar regionda uzunmüddətli sabitliyin təməlini qoyacaq. ABŞ-nin təşəbbüsü ilə formalaşan yeni diplomatik fəallıq Cənubi Qafqazda yalnız siyasi deyil, iqtisadi sahədə də geniş əməkdaşlıq imkanları yaradır".
Deputat vurğulayıb ki, Vaşinqton görüşündə imzalanan sənədlər Azərbaycan üçün enerji, nəqliyyat və innovasiya sahələrində strateji əməkdaşlığın yeni mərhələsini işarə edir. Xüsusilə "Trump Route for International Peace and Prosperity" adlı nəqliyyat dəhlizinin açılması regionun qlobal iqtisadi xəritəsində Azərbaycanın rolunu möhkəmləndirəcək.
"Bu görüş Azərbaycan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırmaqla yanaşı, regionda sülh və sabitliyin təmin olunmasına önəmli töhfə verəcək. Vaşinqton görüşü, həmçinin Ermənistan üçün də yeni əməkdaşlıq və inkişaf imkanları açır. Bu, regionda qarşılıqlı anlaşma və əməkdaşlıq üçün mühüm platformadır. Prezident İlham Əliyevin regionun iqtisadi və nəqliyyat xəritəsini yenidən formalaşdırmaq təşəbbüsləri Azərbaycanın həm sülh tərəfdarı, həm də inkişafın aparıcı qüvvəsi olduğunu göstərir. Vaşinqton görüşünün uğurla nəticələnməsi Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcı olacaq" , – deyə deputat fikrini tamamlayıb.
Digər xəbərlər