NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

...

Azərbaycanın "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi və Türkiyənin TÜMER - Türk Strateji Düşünmə Mərkəzi arasında tərəfdaşlıq haqqında Memorandum imzalanıb.
Bu barədə “Şərq qapısı”na İctimai Birlikdən məlumat verilib.
Birliyin sədri Şamil Sabiroğlu bildirib ki, Türkiyədə fəaliyyət göstərən Türk Strateji Düşünmə Mərkəzi (TÜMER) ilə tərəfdaşlıq memorandumunun imzalanması olduqca böyük əhəmiyyət daşıyır. Memorandum Azərbaycan həqiqətlərinin, xüsusən də Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, Türk dünyasının ortaq dəyərlərinin təbliği, birgə layihələrin həyata keçirilməsi və informasiya mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin rəhbəri, həmçinin onu da qeyd edib ki, bu əməkdaşlıq türk dövlətləri arasında strateji əlaqələrin gücləndirilməsinə töhfə verəcək.
TÜMER-in rəhbəri Onur Beyhan və digər çıxış edənlər imzalanan memorandumun Türk dünyasının birliyi və ədalət mübarizəsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.
Memorandumun imzalanma mərasimindən sonra xatirə fotosu çəkdirilib.

Nəşr edilib : 21.04.2026 21:17