Türk Dövlətləri Təşkilatının Türk dünyasının inkiş...
22:35 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
7 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. “Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Abbas Məmmədli açaraq mövzunun əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının baş məsləhətçisi Müşərrəf Bağırova bildirib ki, uşaqların hüquqları ilə yanaşı müəyyən vəzifələri də vardır. Onlar öz yaşına və bacarıqlarına uyğun olaraq təhsillərinə diqqət yetirməli, valideynlərinə və müəllimlərinə hörmət göstərməli, həmyaşıdları ilə düzgün münasibətlər qurmalı və cəmiyyətin qaydalarına riayət etməlidirlər. O vurğulayıb ki, uşaq hüquqları və vəzifələri bir-birini tamamlayır və uşağın şəxsiyyət kimi formalaşmasına xidmət edir. Hər bir uşaq həm öz hüquqlarını bilməli, həm də vəzifələrini yerinə yetirməyi öyrənərək məsuliyyətli vətəndaş kimi böyüməlidir. Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Sevinc Süleymanlı çıxış edərək qeyd edib ki, uşaqlar hər bir cəmiyyətdə xüsusi qayğı və diqqətə layiq olan fərdlərdir. Onlar doğulduqları gündən müəyyən hüquqlara malikdirlər və bu da onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələrini təmin edir. Uşaq hüquqları arasında təhsil almaq, sağlamlıq xidmətlərindən yararlanmaq, ailə və cəmiyyət tərəfindən qorunmaq, həmçinin öz fikirlərini sərbəst ifadə etmək hüquqları əsas yer tutur. Sonda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin direktoru Könül İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib. Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb və posterlər məktəbin elan lövhələrində yerləşdirilib.
Digər xəbərlər