NAXÇIVAN :

10 May 2025, Şənbə

"Ümummilli Lider Heydər Əliyevin yolu ilə sağlamlığa doğru" tibbi müayinə aksiyası keçirilib

...

"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda silsilə tədbirlər çərçivəsində, həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında "Ümummilli Lider Heydər Əliyevin yolu ilə sağlamlığa doğru" adlı tibbi müayinə aksiyası təşkil olunub.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və profilaktik tədbirlərin gücləndirilməsidir. Müayinə zamanı sakinlər terapevtik, kardioloji, oftalmoloji və digər sahələr üzrə peşəkar həkimlər tərəfindən yoxlanılıb, ehtiyac olduqda əlavə müayinələrə yönləndirilib.
Aksiya zamanı, ümumilikdə, 402 nəfər müayinədən keçib. 
Tədbir Ümummilli Lider Heydər Əliyevin xalqın sağlamlığının qorunmasına verdiyi önəmin və bu sahədə həyata keçirdiyi islahatların davamı olaraq əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Nəşr edilib : 09.05.2025 20:41