NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Ümumi təhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumi təhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb. 
  Qeyd edək ki, Dövlət Proqramında 154 təhsil müəssisəsində mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi və əlavə olaraq müəssisələrdə 50 yeni STEAM otağının  yaradılması nəzərdə tutulub. 
Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsafə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar tender yolu ilə alınaraq  müəssisələrə təhvil verilib. Proqramda nəzərdə tutulan 154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib. 
Yeni tədris ili öncəsi isə Dövlət Proqramına uyğun olaraq nazirlik tərəfindən ümumi təhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına başlanılıb.
Ümumi təhsil müəssisələrində yeni yaradılan STEAM otaqları STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların  tənqidi və yaradıcı düşüncələrinin  formalaşdırılmasında  mühüm rol oynayacaq.

Nəşr edilib : 05.09.2025 19:57