NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiyada ikinci pillədə qərarlaşıb

...

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

"Şərq qapısı"nın məlumatına görə, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın "Yunion" (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi "Atletik" (146) isə üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.

Nəşr edilib : 23.10.2025 09:36