NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 19 nəfər həyatını itirib

...

Türkiyənin Muğla vilayətinin ərazi sularında qanunsuz miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 19 miqrant həyatını itirib. 20 nəfərin xilas edildiyi bildirilir.

"Şərq qapısı" xəbər verir ki, hadisə Muğlanın Bodrum rayonu ərqzisində baş verib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir. 

Nəşr edilib : 01.04.2026 11:45