NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb, 19 nəfər yaralanıb

...

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.10.2025 10:30