Azərbaycandan Çinə quş əti məhsullarının ixracı im...
19:14 18.06.2025
0
0
0
Türkiyənin “TRT Haber” telekanalı ölkəmizin dəstəyi ilə tikintisinin tamamlandığı Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj hazırlayıb.
"Şərq qapısı" xəbər verir ki, süjetdə qeyd olunur ki, iyunun 19-da Kahramanmaraşda təbii fəlakət zonasında bərpa-quruculuq işləri başa çatmış 250 mininci mənzilin açarlarının təqdim edilməsi mərasimi keçiriləcək. Həmin gün 2023-cü ilin fevralında baş verən zəlzələlərin episentrinə çevrilən vilayətdə yeni evlərin sahibləri püşkatma ilə müəyyənləşəcək.
Reportajda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun Kahramanmaraşın “Azərbaycan” məhəlləsinə həsr etdiyi paylaşımı da yer alıb.
O qeyd edir ki, Kahramanmaraşın mərkəzində yeni yaşayış sahəsi 1183 yaşayış və 1595 ticarət obyektindən ibarətdir. Burada Heydər Əliyev adına ibtidai məktəb də tikilib.
Türkiyəli nazir yazıb: “Çətin keçmişdən sevincli bu günə - birlikdə güclü gələcəyə. Bu salnamənin adı Kahramanmaraşdır”.
Digər xəbərlər