Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
NAXÇIVAN :
14 May 2026, Cümə axşamı
Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durham, Ekumenik Kilsəsinin baş Mitropoliti Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, G20 Dinlərarası Forum Assosiasiyasının nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparılıb, üçtərəfli anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Qafqaz Müsəlmanları İdarəsi sözügedən şurada təsisçi qurum kimi çıxış edəcək ki, bu da Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfə baxımdan mühüm addım, eləcə də bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir.
Qafqazın şeyxi anlaşma memorandumunun imzalanmasının vacibliyini ifadə edərək deyib: “Bu gün mühüm sənədi imzalayırıq. G20 Dinlərarası Forum Assosiasiyası ilə artıq əməkdaşlıqla yanaşı, həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik”.
Assosiasiyanın prezidenti Kol Durham da yeni əməkdaşlıq müstəvisinin dinlərarası dialoqa, qlobal sülhün bərqərar olmasına töhfə verəcəyindən əminliyini ifadə edib, Azərbaycanın bu prosesdə mühüm xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Sonra bu ilin oktyabr ayında ABŞ-da keçiriləcək G20 Dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb.
Forumun qlobal əhəmiyyətindən danışan şeyxülislam Allahşükür Paşazadə sözügedən tədbirə Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə edilib.
Digər xəbərlər